İngiltərə Bankının (BOE) borclanma xərclərini daha uzun müddət yüksək saxlamaq məcburiyyətində qalacağı gözləntiləri ilə Britaniyanın uzunmüddətli istiqrazlarının gəlirliliyi 1998-ci ildən bəri ən yüksək səviyyəyə yüksəlib.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, 30 illik istiqrazlar üzrə gəlirlilik yeddi baza bəndi artaraq 5,15 faizə çatıb. Keçmiş baş nazir Liz Trussun vergi endirimi planları ilə idarə olunan əvvəlki zirvəni keçib. Bu dəfə artım daha mərhələli olsa da, qeyri-müəyyən iqtisadi mənzərəni nəzərə alaraq investorlar dövlət istiqrazları üzrə yüksək gəlirlilik tələb edirlər.
Bu, investorların BOE-nin gələn il faiz dərəcələrini nə vaxt və nə qədər azalda biləcəyi ilə bağlı gözləntilərini təxirə salmağa vadar edib. İstehlakçı qiymətlərinin bu həftə aşağı düşmədiyini göstərən məlumatlardan sonra BOE prezidenti Endryu Beyli siyasətçilərin hələ də inflyasiya ilə mübarizədən vaz keçə bilməyəcəyinə işarə edib.
Günel Məlikzadə
Fins.az