ABŞ prezidenti Co Bayden Oval Ofisdə xalqa müraciət edib.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, sabah ABŞ Konqresindən tələb edəcəyi büdcənin İsrailin təhlükəsizliyinə bağlılığını daha əvvəl görülməmiş bir şəkildə təsdiqləyəcəyini ifadə edən Bayden deyib:
"Bu, ağıllı bir sərmayədir. Nəsillər boyu Amerika təhlükəsizliyinə fayda verəcək".
Konqresin maliyyələşdirməsini tələb etdiyi “təhlükəsizlik paketi”nin İsrailin hərbi üstünlüyünü gücləndirəcəyini qeyd edən Bayden, “Bölgədəki digər düşmən tərəflərin İsrailin hər zamankindən daha güclü olduğunu görmələrini və münaqişənin yayılmasının qarşısını almasını təmin edəcəyik” deyib.
Zamanın çox dəyərli olduğuna işarə edən Bayden, ABŞ-da bəzi parçalanmaların olduğunu ifadə edərək, "Həmas kimi terrorçuların, Putin kimi diktatorların qalib gəlməsinə icazə verə bilmərik. Buna icazə verə bilmərəm" deyib.