DÜNYA

19 Oktyabr

ABŞ-da işsizlik müavinəti üçün müraciət edənlərin sayı açıqlanıb

ABŞ Əmək Departamenti həftəlik işsizlik müavinəti müraciətləri ilə bağlı məlumatları açıqlayıb.

Fins.az Bloomberg-ə istinadəxəbər verir ki, ölkədə ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 13 min adam azalaraq 198 minə geriləyib. Beləliklə, işsizlik müraciətləri yanvar ayından bəri ən aşağı səviyyəyə düşüb.

Bazar gözləntilərinin altında olan işsizlik müraciətlərinin bu dövrdə 210 min olacağı gözlənilirdi. Əvvəlki həftənin işsizlik müavinəti müraciəti məlumatları da 209 mindən 211 minə revize edilib.

Günel Məlikzadə
Fins.az