İsveçrənin qızıl ixracı sentyabr ayında Hindistana daşınmaların azalması səbəbindən 20 faiz azalıb.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, İsveçrənin Türkiyəyə qızıl ixracı sentyabrda 56% azalaraq 6,6 tona düşüb. Avqustda İsveçrənin Türkiyəyə qızıl ixracı azalaraq 14,9 tona düşüb.
İsveçrə Federal Gömrük İdarəsinin internet saytında yer alan məlumatlara görə, İsveçrənin avqust ayında 123,5 ton olan qızıl ixracatı sentyabrda 99 tona geriləyib. Digər tərəfdən, İsveçrənin qızıl idxalının 10% azalaraq 152,2 tona düşdüyü bildirilib.
Açıqlanan məlumatlarda, sentyabr ayında Hindistana qızıl tədarükünün 35 faiz azalaraq 17,1 tona düşdüyü bildirilib. Çinə qızıl satışı 5 faiz artaraq 26,7 tona çatıb.
Günel Məlikzadə
Fins.az