DÜNYA

19 Oktyabr

ABŞ Venesuelaya qarşı bəzi sanksiyaları dayandırıb

Venesuela hökuməti müxalifətlə 2024-cü ildə seçki keçirmək barədə razılığa gəldikdən sonra ABŞ administrasiyası ölkənin neft, təbii qaz və qızıl sektorlarına tətbiq etdiyi sanksiyaların bir qismini dayandırıb.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi açıqlama verib. Venesuela Unitar Platforması ilə Venesuela Prezidenti Nikolas Maduronun nümayəndələri arasında seçki yol xəritəsi sazişinin imzalanması və Venesuela xalqına dəstək məqsədilə Xarici İşlər Nazirliyindən bildirilib. Aktivlərə Nəzarət (OFAC) bəzi sanksiyaların dayandırılması üçün 4 ümumi lisenziya verilib.

Açıqlamada, bu ümumi lisenziyalarla Venesuelada neft və təbii qaz sektorunu əhatə edən əməliyyatlara 6 aylıq müvəqqəti icazənin veriləcəyi, Venesuelanın dövlətə məxsus qızıl mədən şirkəti Minerven ilə biznesə icazə veriləcəyi bildirilib.

Bundan əlavə, bəyanatda qeyd olunub ki, Venesuelanın bəzi dövlət istiqrazları, habelə Venesuela dövlət neft-qaz şirkəti PDVSA tərəfindən buraxılmış borc və səhmlər üzrə təkrar ticarətə qoyulan qadağanın aradan qaldırılması üçün iki müvafiq lisenziyaya dəyişikliklər edilib. Venesuelanın ilkin istiqraz bazarında ticarət davam edir.

Günel Məlikzadə
Fins.az