Süni intellekt çip ixracına qoyulan məhdudiyyətlərdən sonra ortaya çıxan boşluqların aradan qaldırılması üçün yeni qaydaların tətbiq ediləcək.
Fins.az xəbər verir ki, bu barədə ABŞ Ticarət Nazirliyi açıqlama yayıb.
Əvvəlki məhdudiyyətlərin ABŞ-da süni intellekt şirkətlərinin üstünlük verdiyi prosessor “Nvidia H100”ün satışını qadağan etdiyi xatırladılan açıqlamada, Çin şirkətlərinin bunun əvəzinə ABŞ məhdudiyyətlərindən təsirlənməyən H800 və ya A800 adlı bir qədər yavaşlamış versiyanı ala biləcəyinə diqqət çəkildi.
Yeni qaydaların çiplərin digər versiyalarını da məhdudlaşdıracağı bildirilib.
Həmçinin ABŞ-ın məhdudiyyətlərinə məruz qalan yarımkeçiricilər istehsalı avadanlıqlarının siyahısını genişləndirmək planlaşdırılır.
Məhəbbət Məmmədov
Fins.az