DÜNYA

18 Oktyabr

Balans hesabatları BofA və Goldman-ın gözləntilərini üstələyir

Bank of America üçüncü rübdə gözləniləndən daha güclü faiz gəlirləri üzrə mənfəət təxminlərini üstələdi.

Fins.az xarici KİV-ə istinadən xəbər verir ki, bankın mənfəəti əvvəlki ildə səhm başına 7,1 milyard dollar 81 sentdən 10 faiz artaraq 7,8 milyard dollar 90 sentə yüksəlib.

Bank of America faiz gəlirlərinin 4 faiz artaraq 14,4 milyard dollara çatdığını açıqlayıb.

Bu rəqəm analitiklərin gözlədiyindən təxminən 300 milyon dollar çoxdur. Şirkətdən verilən açıqlamaya görə, faiz gəlirlərindəki bu artım yüksək faiz dərəcələri və kredit artımı ilə bağlı olub.

CEO Brian Moynihan bildirib ki, bank iqtisadi təzyiqlərə baxmayaraq müştəri qazanmağa davam edir. Şirkətə görə, pərakəndə bank depozitləri rübdə 8 faiz azalsa da, seqmentin gəliri 6 faiz artaraq 10,5 milyard dollara çatıb.

Goldman Sachs-ın üçüncü rübündə xalis gəliri əvvəlki illə müqayisədə 1,3 faiz azalaraq 11,82 milyard dollarla gözləntiləri üstələyib.

Bankın səhm üzrə mənfəəti 5,47 dollar olduğu halda, xalis faiz gəliri 1,55 milyard dollar olub.

Məhəbbət Məmmədov
Fins.az