İngiltərə Bankının (BoE) Pul Siyasəti Komitəsinin Xarici Üzvü Svati Dhingra, Londonda yerləşən tədqiqat qurumu olan Kral İqtisadiyyat Cəmiyyətinin təşkil etdiyi "İnflyasiya və Yaşayış Qiyməti Böhranı" adlı sammitdə belə bir uzunmüddətli BoE Pul Siyasəti Komitəsi tarixində yüksək inflyasiya prosesinin yaşanmadığını və " Bunun bənzəri görülməmiş bir proses olduğuna diqqət çəkib.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Komitənin faiz artırma qərarının doğru olduğunu qeyd edən Dhingra deyib:
"Ancaq faiz artımının daha uzun müddətə yayıldığı daha mülayim bir yola üstünlük verilə bilərdi. Beləliklə, daha balanslı bir keçid olardı. Müəssisələr və ev təsərrüfatları üçün və kəskin artımlar olmazdı".
Yüksək faiz dərəcələrinin əmək bazarına da yansıdığını və iqtisadiyyatda yumşalmanın müşahidə edildiyini ifadə edən Dhingra söyləyib:
"Bu vəziyyət maaş artımlarının daha yavaş artmasına səbəb olacaq və daxili inflyasiya təzyiqlərinin azaldığını görəcəyik. Gələcəyə istiqamətli tədbirləri nəzərə alsaq maaş artımları önümüzdəki dövrdə ortalama 5 ilə 6% arasında olacaq".
Son məlumatlara görə, İngiltərədə iyun-avqust dövründə orta əmək haqqı artımları illik bazda 7,8 faiz təşkil edib.
Günel Məlikzadə
Fins.az