DÜNYA

17 Oktyabr

Si Cinpinin Vladimir Putinlə "oynadığı qumar" öz bəhrəsini verəcəkmi?

Sonuncu dəfə Vladimir Putin Çin torpağına ayaq basan zaman prezident Si Cinpinin “məhdudiyyətsiz” tərəfdaşlıq vədi ilə evə getmişdi. Bir ay keçməmiş o, Ukraynanın işğalına başlayıb. Bu gün o, Çinin iqtisadi dəstəyinə və özünün siyasi təcridindən çıxış yoluna ehtiyacı olan zəifləmiş vəziyyətdə Pekinə qayıdıb.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, iki prezidentin görüşü istər-istəməz İsrailin Qəzzada yerləşən, ABŞ və Avropa İttifaqı tərəfindən terror təşkilatı kimi tanıdığı HƏMAS silahlı qruplaşması ilə münaqişəsinin kölgəsində qalacaq. ABŞ dövlət katibi Antoni Blinken həftə sonu Çini münaqişənin böyüməsinin qarşısını almaq üçün HƏMAS-ı dəstəkləyən İranla dostluq əlaqələrindən və Yaxın Şərqdə daha geniş təsirindən istifadə etməyə çağırıb. Böhranla bağlı hərəkətə keçmək üçün Si-yə və dolayısı ilə də Tehrana yaxın olan Putinə təzyiqlər güclənəcək.

Günel Məlikzadə
Fins.az