Böyük Britaniyada orta qazanc 2023-cü ilin iyunundan avqust ayına qədər illik 7,8 faiz artıb.
Fins.az xəbər verir ki, ölkənin Milli Statistika İdarəsinin məlumatına görə, bu, 2001-ci ildən bəri ən sürətli illik artım templərindən biridir.
Belə ki, maaşlar 2021-ci ildən bəri ilk dəfə olaraq qiymətlərdən daha sürətlə artır.
Böyük Britaniya üçün yeni illik inflyasiya rəqəmləri sabah açıqlanacaq.
Məhəbbət Məmmədov
Fins.az