DÜNYA

17 Oktyabr

Yeni Zelandiyada istehlakçı inflyasiyası son iki ilin ən aşağı səviyyəsindədir

Yeni Zelandiya Statistikası məlumatlarına görə, istehlak qiymətləri əvvəlki illə müqayisədə ikinci rübdəki 6 faiz artımdan daha az 5,6 faiz artıb. Ərzaqdan tutmuş mənzilə qədər hər şeyin qiymətləri artsa da, bu rəqəm hələ də mərkəzi bankın 1-3 faizlik hədəf aralığından xeyli yuxarıdır.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Yeni Zelandiya Ehtiyat Bankının noyabr iclasında faiz dərəcələrini artırmayacağına dair fikirləri dəstəklədiyi üçün Yeni Zelandiya dolları 0,44 faiz ucuzlaşaraq 0,5903 dollar olub. Fond bazarları bir qədər yüksəlib, SP/NZX 50 İndeksi 0,07 faiz artıb.

Qeyd edək ki, ölkə həftə sonu keçmiş iş adamı Kristofer Luksonu növbəti baş nazir seçib.

Günel Məlikzadə
Fins.az