DÜNYA

17 Oktyabr

Trampın açıqlamalarının məhdudlaşdırılması qərarı

Amerika mətbuatında yer alan xəbərlərə görə, işə sədrlik edən hakim Tanya Çutkan bu gün  Vaşinqtonda federal məhkəməsində keçirilən iclasında Tramp və vəkillərinin prokurorlar, şahidlər və məhkəmə işçiləri haqqında istintaqla bağlı açıqlama verməsini məhdudlaşdıracağını bildiri.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Çutkan, Trampın ümumilikdə Ədliyyə Nazirliyini tənqid etmək və işin “siyasi motivli” olduğunu bildirmək hüququna malik olduğunu bildirib. Lakin onun, prokurorlara və məhkəmə işçilərinə qarşı “böhtan kampaniyası” apara bilməyəcəyini də əlavə edib.

Trampın xüsusi prokuror Cek Smiti “quldur” kimi təsvir etməsini misal gətirən Çutkan nitq qadağasının pozulduğu təqdirdə “lazımi sanksiyalar” tətbiq edəcəyini bildirsə də, hansı halda hansı cəzaların tətbiq oluna biləcəyi ilə bağlı məlumat paylaşmayıb.

Günel Məlikzadə
Fins.az