Təl-Əvivdə mətbuat konfransı keçirən ABŞ dövlət katibi Entoni Blinken Baydenin ayın 18-i İsrailə səfər edəcəyini açıqlayıb.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Baydenin bu ölkəyə “İsrail, bölgə və dünya üçün kritik bir zamanda” gedəcəyini ifadə edən Blinken, ABŞ-ın HƏMAS-ın hücumlarına qarşı İsraillə həmrəylik mesajı verəcəyini bildirib.
Blinken qeyd edib ki, Bayden mövcud böhrandan istifadə edərək İsrailə hücum etmək istəyən üçüncü aktyorlara mesajını təkrarlayacaq.
Baydenin Həmas tərəfindən saxlanılan girovların azad edilməsi üçün İsraillə də yaxın koordinasiyada olacağını ifadə edən Blinken, ABŞ prezidentinin səfəri çərçivəsində İsrailin müharibə məqsədləri və strategiyası ilə bağlı da əhatəli brifinq alacağını bildirib.
Günel Məlikzadə
Fins.az