DÜNYA

16 Oktyabr

Cənubi Koreya yeni qırıcı təyyarəsini nümayiş etdirib

Cənubi Koreyanın yeni hazırlanmış qırıcı təyyarəsi ölkənin Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından sonra yüksək tələbat olan yüksək texnologiyalı hərbi texnikanın nümayiş olunduğu müdafiə sərgisində debüt edilib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, dövlət tərəfindən idarə olunan "Korea Aerospace Industries Ltd." tərəfindən istehsal olunan KF-21 bu gün Seulda həftənin çox hissəsi üçün keçirilən Seul Beynəlxalq Aerokosmik və Müdafiə Sərgisinin bir hissəsi olaraq nümayiş etdirilib. Gizli xüsusiyyətlərə malik qırıcının inkişafı təxminən 10 ildir ki, davam edir. Təhlükəsizlik üzrə ekspert Ceynsin sözlərinə görə, o, düşmən ərazisinə dərin hücumlar təşkil etmək üçün nəzərdə tutulub.

Günel Məlikzadə
Fins.az