Hər il oktyabrın 16-da qeyd olunan “Ümumdünya Qida Günü” dünyada sağlam qidalana bilməyən və sağlam qidaya müntəzəm çıxışa ehtiyacı olan milyonlarla insanın vəziyyətinə diqqət çəkir.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, FAO builki "Ümumdünya Ərzaq Günü"nün mövzusunu "Su həyatdır, su qidadır. Heç kəsi arxada qoymayın" kimi müəyyənləşdirib.
Müvafiq olaraq, Yer səthinin təxminən 71%-ni əhatə edən su miqdarının yalnız 2,5%-i içməli, kənd təsərrüfatı və sənayedə istifadəyə yararlıdır.
Sürətli əhali artımı, urbanizasiya, iqtisadi inkişaf və iqlim dəyişikliyi kimi amillər planetin su ehtiyatlarını artan təzyiq altında qoyur. Eyni zamanda, son illərdə adambaşına düşən şirin su ehtiyatları 20 faiz azalıb.
Günel Məlikzadə
Fins.az