ABŞ prezidenti Co Bayden "CBS News" kanalının "60 dəqiqə" verilişinin qonağı olub.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, İsrailin Qəzzada "müharibə qaydalarına" əməl edəcəyinə inandığını vurğulayan Bayden, Qəzzanın günahsız xalqının qida, su və dərman vasitələrinə çata biləcəyini bildirib.
Bayden, "indiki məqamda İsrailin Qəzzanı işğalına dəstək verərdinizmi?" sualına belə cavab verib:
"Düşünürəm ki, bu, böyük səhv olardı. Məncə, Qəzzada baş verənlər ekstremist HƏMAS-la bağlıdır. Bu, bütün Fələstin xalqını təmsil etmir. İsrailin Qəzzanı işğal etməsi səhv olar. Amma onların girib Hizbullah və Həmas kimi ekstremistləri məhv etməsi lazımdır".
HƏMAS-ın tamamilə məhv edilməsi lazım olduğunu, lakin Fələstin idarəsi və dövləti üçün bir yol olması lazım olduğunu ifadə edən Bayden deyib:
"Bu yol iki dövlətli həll yoludur. ABŞ-ın onilliklər boyu siyasəti olub. İsrailin yanındakı 5 milyon fələstinli üçün müstəqil dövlət yaratmalıdır”.
Günel Məlikzadə
Fins.az