DÜNYA

13 Oktyabr

Yaxın Şərqdə etirazlar başlayıb

Bu gün İsrail Qəzzaya qurudan hücuma hazırlığı gücləndirdiyi və Fələstinin HƏMAS silahlı qruplaşması "Qəzəb Günü" çağırışı ilə Yaxın Şərqdə minlərlə anti-İsrail nümayişçi küçələrə axışıb.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, İsrail ordusu Qəzzanın şimal hissəsinin tezliklə boşaldılmasını tələb etdiyi üçün etirazçılar İordaniya, İran və Suriya da daxil olmaqla, İsrailə qarşı yürüşlər keçiriblər.

İordaniya kralı II Abdullah ABŞ dövlət katibi Antoni Blinkeni fələstinlilərin didərgin düşməsinin qarşısını almağa çağırıb. Yaxın Şərq liderləri İsrailin qurudan hücuma hazırlığını tənqid edib. BMT bildirib ki, Qəzzanın şimalındakı bir milyona yaxın sakini İsrail hakimiyyətinin tələb etdiyi kimi, “dağıdıcı humanitar nəticələr” olmadan ərazinin cənubuna köçürmək mümkün olmayacaq.

Günel Məlikzadə
Fins.az