Ağ Evdən verilən açıqlamada Baydenin müxtəlif sektorların yüksək səviyyəli rəhbərləri ilə görüşdüyü bildirilib.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, yığıncaqda iştirak edən yüksək səviyyəli menecerlərin şirkətlərinin necə böyüdüyünü və ölkə iqtisadiyyatının böyüməsinə necə töhfə verdiklərini bölüşüblər. Bayden və iş dünyası nümayəndələrinin özəl sektor tərəfindən dəstəklənən investisiyaların əhəmiyyətini vurğuladıqları ifadə edilib.
Görüşdə iştirak edənlərin Bechtel Qrupunun Baş İcraçı Direktoru Brendan Bechtel, Exelon Baş İcraçı Direktoru Kalvin Batler, General Catalyst İcraçı Direktoru Kenneth Chenault, Target Baş İcraçı Direktoru Brayan Kornel, TIAA Baş İcraçı Direktoru Thasunda Brown Duckett, IBM-in Baş İcraçı Direktoru Arvind Uorldşudi və İMB Baş İcraçı Direktoru Arvind Uorldşudi olduğu qeyd edilib.
Digər tərəfdən Bayden görüşü sosial media hesabında paylaşıb.
Günel Məlikzadə
Fins.az