DÜNYA

12 Oktyabr

BƏƏ müdafiə firmasının Türkiyə ilə milyard dollarlıq sövdələşməsi

Əbu-Dabiyə məxsus müdafiə şirkəti EDGE Group, Aselsan Elektronik Sanayi və dron istehsalçısı Baykar Technology kimi şirkətlərlə ilkin müqavilələr imzaladıqdan sonra Türkiyəyə milyardlarla dollarlıq sərmayə qoymağa diqqət ayırdıqlarını açıqlayıb.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, EDGE sədri Faisal Al Bannai mümkün satınalmalar, birgə inkişaf layihələri və hərbi sistem satınalmaları müzakirə etmək üçün Türkiyədəki böyük müdafiə şirkətlərinin rəhbərləri ilə görüşüb.

Günel Məlikzadə
Fins.az