DÜNYA

11 Oktyabr

Ukrayna xülasə: Zelenski NATO-da

Ukrayna prezidenti Vladimir Zelenski NATO müdafiə nazirlərinin görüşündə iştirak etmək üçün Brüsselə gözlənilməz səfər edib. Buna səbəb İsrail-Həmas münaqişəsi silahların yönünü dəyişmək və Rusiyanın hərbi fəaliyyət etmək  riski daşımasıdır.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Ukraynanın müttəfiqləri Ukraynaya hərbi yardımı müzakirə edəcəklər. Narahatlıqlara baxmayaraq, eyni zamanda həm Təl-Əvivi, həm də Kiyevi dəstəkləyə biləcəklərini vurğulayacaqlar. Ukraynanın diqqət mərkəzində  qüvvələrinin qışda Rusiyanın hücumlarının qarşısını ala bilmək üçün hava hücumundan müdafiə və sursatlardır.

Günel Məlikzadə
Fins.az