DÜNYA

10 Oktyabr

Finlandiya və Estoniya arasındakı sualtı qaz kəmərindən sızma təxribatı - İDDİA

Məsələ ilə tanış olan mənbələrə görə, Finlandiya və Estoniya arasındakı sualtı qaz kəmərindən sızma ilə bağlı araşdırmalar bunun qəsdən törədilmiş məhvetmə aktı olduğu ehtimalı yönündə davam edir.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, hələki son nəticələrə gəlinmədiyi söylənib. Səlahiyyətlilərin  istintaqla bağlı daha ətraflı məlumat verəcəyi gözlənilir. Avropada qazın qiyməti 10 faizə qədər artıb.

Günel Məlikzadə
Fins.az