DÜNYA

10 Oktyabr

Aİ-dən Çin poladı ilə bağlı yeni addım

Son zamanlarda Çin mənşəli məhsullarla bağlı addımlar atan Avropa Birliyi indi polad sənayesi ilə bağlı yeni bir araşdırma hazırlayır.

Fins.az Financial Times-ə  istinadən xəbər verir ki, Aİ Çin polad istehsalçılarına qarşı subsidiya əleyhinə araşdırmalar başlatmağı planlaşdırır.

Müvafiq araşdırmanın bu ay ABŞ-la keçiriləcək sammitdə açıqlanması planlaşdırılır. Aİ sənayeləri ucuz rəqabətdən qorumaq üçün ABŞ-ın səylərinə qoşulmağa razılaşıb.

Birləşmiş Ştatlar Aİ-dən ABŞ-ın keçmiş prezidenti Donald Trampın Aİ poladına tətbiq etdiyi rüsumların yenidən tətbiqindən yayınması müqabilində Çin polad istehsalçılarına qarşı tədbir görməyi xahiş edib.

Oktyabrın 20-də keçiriləcək görüşdə Aİ və ABŞ-ın Çin metalının ixracına mane olan davamlı polad və qlobal alüminium tənzimləmə çərçivəsini elan edəcəyi gözlənilir.

Bu saziş həmçinin digər ölkələr, o cümlədən Böyük Britaniya və Yaponiya Çinə tariflər tətbiq etməyə razılaşarsa, onlara açıq olacaq.

Günel Məlikzadə
Fins.az