DÜNYA

09 Oktyabr

Avstriya Fələstinə 19 milyon avroluq maliyyə yardımını dayandırıb

Avstriyanın xarici işlər naziri Alexander Schallenberg O1 radiosuna verdiyi açıqlamada: "Biz Avstriyanın bütün inkişaf ödənişlərini hələlik dayandırırıq" deyib.

Fins.az xarici KİV-ə istinadən xəbər verir ki, Vyananın İsraildəki vəziyyətin yaxşılaşmadan əvvəl daha da pisləşəcəyini gözlədiyini bildirən Şallenberq bölgədəki vəziyyətin çox dəyişkən olduğunu qeyd edib.

Şallenberq, HƏMAS və İsrail arasında qarşıdurmaların artması ilə Fələstinə cəmi 19 milyon avro dəyərində maliyyə yardımını dayandırdıqlarını açıqlayıb.

Günel Məlikzadə
Fins.az