DÜNYA

09 Oktyabr

İsrailə girişlər dayandırılıb

Təl-Əvivdəki Ben Qurion hava limanı da döyüşlərdən zərər çəkib.

Fins.az xarici KİV-ə istinadən xəbər verir ki, hava limanı ətrafında sıx təhlükəsizlik tədbirləri görülüb.

Xaricdən bir çox uçuşun ləğvi ilə Ben Qurion hava limanının İsrailə giriş hissəsi boş qalıb.

Xaricdən gələn girişlərdə pasport bölməsində yalnız bir məmurun işlədiyi görülüb.

Hava limanının beynəlxalq çıxış hissəsində sıxlıq yaranıb. Ləğv edilən uçuşlar səbəbindən bir çox insan saatlarla gözləməli olur.

Günel Məlikzadə
Fins.az