DÜNYA

09 Oktyabr

Fransa vətəndaşı olan ehtiyatdakı İsrail əsgərləri orduya qoşulmaq üçün bölgəyə gedirlər

Fransanın BFMTV telekanalının xəbərinə görə, Fransa-İsrail vətəndaşı olan ehtiyatdakı bir çox əsgər İsrail Silahlı Qüvvələrinə qoşulmaq üçün ölkəni tərk etməyə başlayıb.

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, uçuşlarda İsrailə gedən ehtiyat əsgərlərə üstünlük verildiyi bildirilib.

Parisin Şarl de Qoll hava limanına gələn İsrailin ehtiyatda olan əsgəri Mikael Əlhadeff orduya qatılmaq üçün bölgəyə ilk təyyarə ilə gedəcəyini bildirib.

Digər tərəfdən, sosial mediada Fələstinə dəstək üçün gedənlərə icazə verilmədiyi, İsrailə gedənlərə isə “səs çıxarılmadığına” görə Fransa hökumətinə yönəlik çoxlu tənqidlər yönəlib.

Günel Məlikzadə
Fins.az