DÜNYA

09 Oktyabr

İngiltərədə Fələstinə dəstək nümayişi keçirilib

Fələstin Həmrəyliyi Kampaniyası qrupunun çağırışı ilə şəhərin tarixi saat qülləsi qarşısına toplaşan insanlar Fələstinə dəstək şüarları və İsrailin fələstinlilərə qarşı tətbiqlərinə etiraz şüarları səsləndiriblər. 

Fins.az xarici mətbuata istinadən xəbər verir ki, adını açıqlamaq istəməyən fələstinli qadın meydanda toplaşan fəallara müraciətində eşitmək imkanı olmayan fələstinlilər adından danışdığını bildirib: 

 “Ailəmə nəsillər boyu danışmağa icazə verilməyib.Nə vaxt bu nümayişlərə gəlsəm, nənəm ağlayaraq deyir ki, heç olmasa birimiz danışa bilək”. 

Fələstinli qadın 1948-ci ildə ailəsinin Fələstindən İordaniya və Livana köç etməli olduğunu, sağ ikən Fələstinin azadlığını görmək istədiyini qeyd edib.

Günel Məlikzadə
Fins.az