DÜNYA

09 Oktyabr

İsrail ordusu hücumlarda ölən əsgərlərin sayının 73-ə yüksəldiyini açıqlayıb

İsrail ordusu məsələ ilə bağlı yazılı açıqlama verib.

Fins.az xəbər verir ki, açıqlamada HƏMAS-ın oktyabrın 7-də başlayan hücumlarında indiyədək 73 İsrail əsgərinin öldüyü, həyatını itirən daha 16 İsrail əsgərinin şəxsiyyət məlumatlarının ailələri və ictimaiyyətlə paylaşıldığı bildirilib.

İsrail ordusu daha əvvəl ümumilikdə 57 əsgərin öldüyünü açıqlamışdı.

Günel Məlikzadə
Fins.az