DÜNYA

09 Oktyabr

İsrail əsgərləri səhvən öz əsgərlərini vurublar

İsrailin rəsmi xəbər agentliyi KAN-ın ordu sözçüsünə əsaslanaraq verdiyi xəbərə görə, Cəlil Qarbi yaxınlığındakı yəhudi yaşayış məntəqəsində xidmət edən İsrail qüvvələri nəzarət-buraxılış məntəqəsinə sürətlə yaxınlaşan avtomobilə atəş açıb.

Fins.az xəbər verir ki, hərbi maşının içərisində olan şəxslər İsrail ordusunun əsgərləridir. Yüngül yaralanan İsrail əsgərləri müalicə üçün xəstəxanaya aparılıb.

Dünən İsrail, İsrailin işğalı altında olan Şeba Farms bölgəsində Hizbullah təşkilatının qurduğu çadırı silahlı pilotsuz təyyarə ilə bombalayıb.

Həmçinin İsraildə yerləşən Yediot Ahronotun xəbərinə görə,dünən İsrail qüvvələri Qəzza sərhədi yaxınlığındakı Aşdod şəhərində bir avtomobilə atəş açıb. İsrail qüvvələrinin dayanma xəbərdarlığına əməl etməyən və Qəzza yaxınlığından İsrailin mərkəzi hissələrinə getmək istəyən avtomobildə həlak olan şəxsin İsrail vətəndaşı olduğu ortaya çıxıb.

Günel Məlikzadə
Fins.az