DÜNYA

06 Oktyabr

Çin Aİ-nin istintaqından narahatdır

Çin Ticarət Nazirliyi məsələ ilə bağlı verdiyi açıqlamada istintaq qərarının kifayət qədər dəlillərə əsaslanmadığını və Ümumdünya Ticarət Təşkilatının qaydalarına uyğun olmadığını müdafiə edib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Çinin istintaq qərarından çox narahatdır. İstintaqın Çinin maraqlarına böyük zərər verir.

Bəyanatda Aİ səlahiyyətlilərinin Çinə danışıqlar üçün çox qısa müddət verdiyi və danışıqlara əsas yaradacaq materialları təqdim etmədiyi vurğulanıb. Çinin istintaq prosesini yaxından izləyəcəyi, qanuni hüquq və maraqları qoruyacağı qeyd edilib. 

Bəyanatda Aİ qlobal sənaye və təchizat zəncirlərinin sabitliyini qorumağa və ticarət tədbirlərini ehtiyatla həyata keçirməyə çağırılıb.

Günel Məlikzadə
Fins.az