DÜNYA

04 Oktyabr

ABŞ Çin və Kanadada bəzi şəxslərə və şirkətlərə niyə sanksiya tətbiq edib?

ABŞ Maliyyə Nazirliyindən verilən açıqlamaya görə, Çin və Kanadada "fentanil istehsal edib satan və fentanillə qarışdırılmış ksilazin kimi kimyəvi maddələrin qaçaqmalçılığı ilə" 28 şəxs və şirkətə sanksiya tətbiq edilib.

Fins.az xəbər verir ki, ABŞ Baş prokuroru Merrick Qarland mövzu ilə bağlı verdiyi açıqlamada bildirib:

"Amerikalıların ölümünə səbəb olan bu qlobal fentanil tədarük zəncirinin ümumiyyətlə Çindəki kimya şirkətləri ilə başladığını bilirik".

Ədliyyə Nazirliyi həmçinin Çində 8 şirkətə və bu şirkətlərə bağlı 12 nəfərə qarşı "qanunsuz fentanil istehsalı və satışı, opioid adlanan sintetik narkotik növlərinin yayılması" ilə bağlı 8 ittiham aktı açıqlayıb.

Qeyd edilib ki, elan edilən ittihamnamələr Çində 13 nəfər və 12 şirkətə, Kanadada isə 1 nəfər və 2 şirkətə "fentanil istehsal edib satdıqları" səbəbilə tətbiq edilən sanksiyalarla "tamamlayıcı" olub.
Günel Məlikzadə
Fins.az