DÜNYA

04 Oktyabr

D. Trampın “fırıldaqçılıq işinə" görə məhkəmədə ikinci günü

ABŞ-ın keçmiş prezidenti Donald Tramp maşın karvanı ilə Manhetten əyalətinin Ali Məhkəməsinə gəlib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, sosial media platformasında işlə bağlı yazdığı yazıda Tramp Nyu-Yorkun baş prokuroru Letitia James-i günahlandırıb. Sözügedən işin “siyasi motivlərlə” açıldığı iddiasını təkrarlayıb.

Baş prokurorun çox nadir hallarda istifadə edilən qanunla onu məhkəməyə verməsinin “çox ədalətsiz” olduğunu müdafiə edən Tramp deyib:

“Qanun siyasi olaraq seçilmiş partizan prokuroru, bəlkə də dostu olan siyasi olaraq seçilmiş hakimi  siyasi rəqibinin hüquqlarını məhv etməyə icazə verir”.

Sözügedən qanunun konstitusiyaya zidd ola biləcəyini, ədalətsiz olduğunu bildirən Tramp baş prokuror Ceyms haqqında “irqçi”, “bacarıqsız”, “dəhşətli”, “dəli” və “canavar” kimi sözlər işlədib.

Trump, daşınmaz əmlakının Ceymsin məhkəmədə müəyyən etdiyindən 50-100 dəfə çox olduğunu iddia edib. Baş prokuroru Nyu Yorkda şiddətli cinayətlərin epidemiya səviyyəsinə çatmasına və ştatın qeyri-qanuni mühacirlərlə dolmasına icazə verməkdə günahlandırıb.

İttiham tərəfinin ilk şahidi kimi şahid kürsüsündə əyləşən Trampın təqaüdçü mühasibi Donald Benderin ifadəsi və digər şahidlərin dinləmələri davam edib.

Günel Məlikzadə
Fins.az