DÜNYA

04 Oktyabr

Ukrayna taxılının Baltik limanlarına tranziti üçün dəhliz açılacaq

Litva rəsmiləri Ukrayna taxılının Baltik limanlarına tranziti üçün dəhliz barədə razılığa gəlib.

Fins.az xəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Qabrielius Landsberqis “X” (tvitter) sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, taxılın Baltik limanlarına tranziti üçün dəhliz təklifi qəbul edilib.

Bildirilib ki, bu, Ukrayna sərhədində təzyiqi azaldaraq taxılın Afrika və digər ölkələrə tədarükünü artıracaq.

Fuad Mədətov
Fins.az