DÜNYA

02 Oktyabr

Son 21 ildə cəmi 255 milyard dollar beynəlxalq sərmayə cəlb etmiş bir ölkə olaraq... - Ərdoğan

Kapital bazarlarımızı kütləvi şəkildə genişləndirəcəyik.

Fins.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Son 21 ildə cəmi 255 milyard dollar beynəlxalq sərmayə cəlb etmiş bir ölkə olaraq, qarşıdakı dövrdə kapital bazarlarımızın daha da dərinləşməsinə və bazaya yayılmasına xüsusi önəm verəcəyik. Böyümə və ticarətdən qiymət sabitliyinə, maliyyə sabitliyindən insan kapitalına və məşğulluğa, yaşıl və rəqəmsal transformasiyadan fəlakətlərin idarə olunmasına, dövlət maliyyəsindən, biznes və investisiya mühitinə qədər uyğun hədəflər təyin etmişik",- deyə Ərdoğan qeyd edib.

Türkiyə prezidenti bildirib ki, uzun müddətdir üzərində işlədiyimiz İstanbul Maliyyə Mərkəzi layihəmizin bəhrələrini almağa başlayacağıq. Ölkəmizi dünyada finans mərkəzinə çevirmək istəyirik. Türkiyəyə güvənən, ölkəyə sərmayə qoyan, Türkiyə iqtisadiyyatının parlaq gələcəyinə güvənən bütün sərmayəçilərə təşəkkür edirəm.

Fuad Mədətov
Fins.az