DÜNYA

02 Oktyabr

Vətəndaşlar Ukrayna ordusunun nəzarətində olan torpaqlara qayıdıb

Ukrayna ilə Rusiya arasında 2022-ci il fevralın 24-dən davam edən müharibədə ötən il humanitar dəhliz yaradılıb.

Fins.az xəbər verir ki, Rusiyanın Belqorod vilayətinin Kolotilovka kəndi ilə Ukraynanın Sumı vilayətinin Pokrovka kəndi arasında yaradılan dəhlizdə əsir düşən əsgərlərin və həlak olan əsgərlərin meyitləri dəyişdirilir. Mülki şəxslər də buradan keçə bilərlər.

Rusiyanın ilhaq etdiyi rayonlardan Ukrayna ordusunun nəzarətində olan torpaqlara gələn vətəndaşlara Ukrayna Təhlükəsizlik Xidmətinin Sumı vilayətində nəzarəti həyata keçirilir.

Mülki şəxslər lazımi yoxlamalardan sonra könüllü dəstələr tərəfindən paytaxt Kiyev və Xarkova daşınaraq Ukraynanın təhlükəsiz şəhər və kəndlərinə gedirlər.

Bölgədəki AA komandası mülki şəxslərin Xarkova təxliyə prosesini izləyib və proseslə bağlı məlumat alıb.

“Ukrayna Yolu” yardım təşkilatının rəhbəri Vitali Dmitryuk AA müxbirinə bildirib ki, Ukraynanın Xerson, Zaporojya, Donetsk və Luqansk vilayətlərindən, o cümlədən Rusiyanın ilhaq etdiyi Krımdan olan vətəndaşlar humanitar dəhliz vasitəsilə Kiyevin nəzarətində olan ərazilərə qayıdıblar.

Sözügedən vətəndaşların ilk olaraq Rusiyaya göndərildiyini bildirən Dmitryuk bildirib:

"Mülki vətəndaşlar ilhaq edilmiş bölgələrdə Rusiyaya çatdıqdan sonra iki həftə ərzində hara gedəcəklərinə qərar verməlidirlər. Vətəndaşlar ya Ukraynaya, ya da paylama proqramı çərçivəsində Rusiyanın Tula və Dağıstan kimi ucqar bölgələrinə göndəriləcəkləri deyilir.. Ona görə də insanlar şoka düşüb, nə edəcəklərini bilmirlər".

Belə ki, bəzi yardım təşkilatları ilə ortaq şəkildə Rusiya üzərindən Ukraynaya gələn vətəndaşları Sumidən paytaxt Kiyev və Xarkova təxliyə etdiklərini söyləyən Dmitryuk, söz mövzusu marşrutların Ukrayna rəhbərliyi tərəfindən müəyyən edildiyini bildirib.

Dmitryuk, "gələnləri qarşılayırıq və Xarkova gətiririk. Lazımi ödənişlər edildikdən sonra insanları təyinat yerinə uyğun stansiyalarda düşürürük. Humanitar dəhlizdən gündə 100-150 nəfər keçir.Ayda təxminən 600 nəfərə yardım edirik".
Günel Məlikzadə
Fins.az