DÜNYA

29 Sentyabr

Fransada inflyasiya aşağı düşüb

Fransada inflyasiya gözlənilmədən aşağı düşüb. İstehsal olunan mallardakı kiçik qiymət artımları enerji xərclərinin hökumət tərəfindən idarə olunan artımını kompensasiya edib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Avro zonanın ikinci ən böyük iqtisadiyyatı istehlak qiymətləri sentyabr ayında bir əvvəlki ilin eyni ayına görə 5,6% azalıb. Keçən ay isə inflyasiya 5,7% olaraq açıqlanıb.

Avropa Mərkəzi Bankı borclanma xərclərinin görünməmiş artımının inflyasiyanı 2 faizə çatdırmaq üçün kifayət edib-etmədiyini ölçməyə çalışır. Məlumatlar regionda fərqli mənzərənin yaranmasına kömək edib.

Günel Məlikzadə
Fins.az