DÜNYA

29 Sentyabr

ABŞ Ukraynaya 300 milyon dollarlıq yardım edəcək

Nümayəndələr Palatası Müdafiə Nazirliyinin (Pentaqon) büdcəsindən ayrılaraq yeni qanun layihəsinə çevrilən və Ukraynaya 300 milyon dollarlıq yeni yardım nəzərdə tutan qanun layihəsini səsə qoyub.

Fins.az xəbər verir ki, gecikmiş səsvermədə qanun layihəsi 311 “hə” və 117 “xeyr” səsi ilə təsdiq edilib.

Pentaqonun 2024-cü il büdcəsinə Ukraynaya yardımın daxil edilməsi respublikaçılarla demokratlar arasında gərginliyə səbəb olub.
Günel Məlikzadə
Fins.az