DÜNYA

29 Sentyabr

Çin daşınmaz əmlak nəhənginin müdirinə qarşı \"qanunsuz fəaliyyət\" istintaqı

Honq Konq Birjasına etdiyi bildirişdə şirkət Hui-nin məhkəmə orqanları tərəfindən saxlanıldığı bildirilib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, bildirişdə qeyd olunub:
"Müvafiq orqanlar şirkətə məlumat veriblər ki, cənab Hui Ka Yan qanunsuz fəaliyyətdə şübhəli bilinərək məcburi ehtiyatda saxlanılıb".

Dünənki xəbərimizdə də qeyd etdiyimiz kimi, Huinin bu ayın əvvəlindən polis nəzarətində olduğu iddia edilib.

Milyarder iş adamının niyə nəzarətdə saxlandığı açıqlanmasa da, tədbirin borc böhranı yaşayan şirkətlər qrupuna qarşı aparılan maliyyə və məhkəmə araşdırmaları ilə bağlı olduğu təxmin edilib.

Bu gün Honq-Konq birjasında Evergrandenin səhmlərinin ticarəti dayandırılıb.
Günel Məlikzadə
Fins.az