DÜNYA

28 Sentyabr

NASA-dan Dünyaya çarpması gözlənilən asteroidlə bağlı açıqlama

Yerə qayıdan Osiris-Rex adlı kosmik gəminin gətirdiyi asteroid nümunələri alimlər tərəfindən araşdırılmağa başlayıb.
Fins.az xəbər verir ki, o, Bennu nümunələri olan kapsulun içərisində naməlum qara toz aşkar etdikdən sonra araşdırmanı dayandırmalı olub.
Tozun asteroiddən gələn bir maddə olub-olmadığını müəyyən etmək üçün analiz ediləcəyi və analizdən sonra araşdırmaların davam etdiriləcəyi bildirilib.
Nümunələrin elm adamlarına Yerin və həyatın necə əmələ gəldiyini daha yaxşı anlamağa kömək edəcəyi bildirilib.


Osiris-Reks nümunə kapsulunu sentyabrın 24-də 100 min kilometr məsafədən tərk edib. Kapsul 4 saat sonra paraşütlə Yuta səhrasına endi. Nümunələr analiz üçün NASA-nın Hyustondakı Conson Kosmik Mərkəzinə aparılıb.
NASA, Bennu asteroidini Günəş sistemindəki ən təhlükəli iki məlum obyektdən biri kimi təsvir edir. Amerika Kosmos və Aviasiya İdarəsi (NASA) 7 il ərzində qədim Misir quş tanrısının adını daşıyan 510 metr uzunluğundakı Bennu asteroidinin Yerlə toqquşmasının qarşısını almağa çalışıb.
Alimlər onu da hesablayıblar ki, Bennu Yerə dəysə,1,2 giqaton təsirini bu gündən 159 il sonra, 24 sentyabr 2182-ci ildə göstərə bilər.
Günel Məlikzadə
Fins.az