DÜNYA

28 Sentyabr

Rusiya yanacaq ixracına qoyulan qadağaları davam etdirəcək

Şulqinov, ölkəsinin sentyabrın 21-də qüvvəyə minən benzin və dizel ixracı qadağası ilə bağlı Rusiyanın TASS xəbər agentliyinə açıqlama verib.

Fins.az xəbər verir ki, Rusiyada yanacaq bazarında istehsalçı və istehlakçılar arasında tarazlığın təmin edilməsi lazım olduğunu vurğulayan Şulginov bildirdi:

"Bizim üçün vacib olan həm maya dəyəri, həm də həcm baxımından daxili bazarı təmin etməkdir. Xüsusilə də kənd təsərrüfatı ilə məşğul olanlar üçün. Bizlər, digər qurumlar və şirkətlər mümkün əlavə tədbirlər almaq üçün gündəlik olaraq bazarı izləyirik. Yanacağın ixracına qoyulan qadağanın tezliklə aradan qaldırılacağını gözləməyin. Qadağa yanacağın tədarük və qiymətlərin sabitləşməsinə qədər davam edəcək". 

Rusiyada yanacaq bazarının sabitləşməsini və qiymətlərin azalmasını gözlədiklərini qeyd edən Şulginov neft şirkətlərinə “lazımi tövsiyələrin” verildiyini bildirib.

Şulqinov onu da qeyd edib ki, kənd təsərrüfatı istehsalçılarının yanacaqla təminatı məsələsi Rusiya Energetika Nazirliyinin xüsusi nəzarətindədir.

Rusiya hökuməti ölkədə benzin və dizelin qiymətinin artması ilə əlaqədar ötən həftə yanacaq məhsullarının ixracına qadağa qoyub.

Dünyanın ən böyük neft istehsalçılarından biri olan Rusiya gündə təxminən 100 min barel benzin və 900 min barrel dizel ixrac edir. Ötən il ölkənin ümumi dizel ixracı 35 milyon ton, benzin ixracı isə 4,8 milyon ton olub.

Günel Məlikzadə
Fins.az