DÜNYA

28 Sentyabr

Bu ölkədə hər dörd uşaqdan biri yoxsulluq həddindədir

Avropa Statistika İdarəsinin (Eurostat) məlumatına görə, Aİ-də uşaqların 24,7 faizi (təxminən 20 milyon) yoxsulluq və ya sosial təcrid riski altında yaşayır. Sözügedən nisbət 2021-ci ildə 24,4 faiz olaraq qeyd edilib.

Fins.az xariciyə mənbəyə istinadən xəbər verir ki, ən yüksək göstəricilər 41,5% ilə Rumıniyada, 33,9% ilə Bolqarıstanda, 32,2 faizlə İspaniyada qeydə alınıb. Ən aşağı göstəricilər isə 10,3% ilə Sloveniyada, 13,4 faizlə Çexiyada və 13,8% ilə Danimarkadadır.

Almaniyanın 24 faizlə Aİ ortalamasına yaxınlaşması, Fransanın isə 27,4 faizlə orta göstəricini aşması diqqət çəkib.

Sözügedən statistikada ölkə üzrə gəliri orta gəlirin 60 faizindən aşağı olan insanlar “yoxsulluq təhlükəsi altında olanlar” kateqoriyasına aid edilib. “Sosial təcrid” ölkədə adekvat istilik, məzuniyyətə gedə bilmək, minik avtomobilinə sahib olmaq kimi yaşayış səviyyəsi ilə ölçülürdü.
Günel Məlikzadə
Fins.az