DÜNYA

28 Sentyabr

Çinin "Evergrande" şirkəti bağlanıb

Çinin daşınmaz əmlak böhranının mərkəzində olan "Evergrande" şirkətinin səhmləri, təsisçisinin polis nəzarəti altında olması xəbərindən sonra bu gün Honq-Konqda ticarətə bağlanıb.

Əməliyyatın bağlanması ilə bağlı qərarın səbəbi göstərilməyib. Evergrande-nin sədri Hui Ka Yanın polis nəzarəti altına alındığını bildirilmişdi.

Çindəki həbsdən fərqli olaraq, nəzarət şəxsin evində aparılır və altı aya qədər davam edə bilər.

Bu təcrübə həm də Huinin ittihamla üzləşməsi demək deyil.

Onu da qeyd edək ki, Evergrande səhmləri çərşənbə günü 19 faiz ucuzlaşıb.
Günel Məlikzadə
Fins.az