DÜNYA

27 Sentyabr

Fransalı idmançılara hicab qadağasına BMT-dən reaksiya

Birləşmiş Millətlər Təşkilatı Fransanın 2024-cü il Paris Olimpiya Oyunları zamanı müsəlman qadın idmançıların hicab taxmasına qadağa qoymasına reaksiya göstərib.

Fins.az xəbər verir ki, BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının sözçüsü Marta Hurtado Cenevrədə jurnalistlərə bildirib:

"BMT-nin İnsan Haqları İdarəsi inanır ki, kimsə hər hansı bir qadının nəyi geyinib, geyinməməsinə qarışa bilməz". 

Fransanın idman nazirinin ölkənin dünyəviliklə bağlı sərt qaydalarına uyğun olaraq, olimpiya oyunları zamanı fransalı idmançılara hicab taxmağın qadağan ediləcəyini deməsindən sonra Hurtadonun şərhi gəlib.

Fransanın idman naziri Amelie Oudea-Kastera verdiyi açıqlamada hökumətin idman tədbirlərində dini simvolların nümayişinə qarşı olduğunu bir daha təkrar edib.

France 3 televiziyasında "Bu nə deməkdir?" sualına nazir Oudea-Kastera belə cavab verib:

“Bu, hər cür dini təbliğatın qadağan edilməsi və dövlət xidmətlərində mütləq neytrallıq deməkdir”.

Günel Məlikzadə
Fins.az