DÜNYA

27 Sentyabr

Çin daşınmaz əmlak nəhənginin qurucusu polis nəzarəti altında

Borc böhranı yaşayan Çin daşınmaz əmlak nəhənginin qurucusu polis nəzarətinə götürülüb. Huinin bu ayın əvvəlində polis tərəfindən aparıldığı və təyin olunmuş yerdə nəzarət edildiyi iddia edilib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, 64 yaşlı Huinin niyə nəzarət altında olduğu açıqlanmayıb.

Sözügedən inkişaf, borc böhranı ilə maliyyə bazarlarını silkələyən Everqrand böhranının hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı sualları gündəmə gətirib.

Evergrande Group Çinin ən böyük borc restrukturizasiyası olacağı gözlənilən sövdələşməyə nail olmaq üçün investorlarla əlaqə saxlayıb. Qrup investorlarla görüşünü son anda ləğv edib.

Bloomberg Milyarderlər İndeksinə görə, bir vaxtlar Asiyanın ikinci ən zəngin adamı olan Huinin sərvəti 2017-ci ildəki 42 milyard dollardan 1,8 milyard dollara qədər azalıb. Everqrandın 2,39 trilyon yuan (327 milyard dollar) borcu var.

Günel Məlikzadə
Fins.az