Glencore iyul ayında Türkiyədən İtaliyaya ixrac edilən ən azı 5 min ton Rusiya mənşəli mis alıb.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Ural Mining and Metallurgical Company (UMMC) tərəfindən istehsal olunan mis təbəqələr İtaliyadakı mis kabel istehsalı fabrikinə göndərilib.
Böyük Britaniya və Aİ keçən il UMMC rəhbərlərinə qarşı sanksiyalar tətbiq etmişdi. ABŞ iyul ayında da şirkətə qarşı daha geniş sanksiyalar elan edib.
UMMC-dən tədarük edilən tərkibində mis olan Glencore yükünün çatdırılması prosesi sanksiyaların elan edildiyi iyul ayı ərzində davam edib.
Günel Məlikzadə
Fins.az