DÜNYA

26 Sentyabr

Moody's-dən ABŞ-a xəbərdarlıq

Moody's-dən verilən açıqlamada, sentyabrın sonuna qədər dövlət qurumlarının maliyyələşdirilməsi ilə bağlı qanun layihəsinin təsdiqlənməməsi halında ABŞ federal hökumətinin qismən fəaliyyətini dayandıra biləcəyi ehtimalının olduğu ifadə edilib. Federal hökumətin bağlanmasının kredit hesabı üçün mənfi olacağı bildirilib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Uilyam Fosterin başçılıq etdiyi analitiklər mümkün bağlanmanın “müvəqqəti” olacağını, bunun ABŞ iqtisadiyyatına və böyüməsinə təsirlərinin məhdud olacağını bildiriblər. Lakin bu, ABŞ-ın institusional və idarəetmə gücünün digər ölkələrlə müqayisədə zəif olduğunu göstərəcək. Hesabatda deyilib:

“Bağlantı nə qədər uzun sürərsə, onun mənfi iqtisadi təsirləri bir o qədər geniş yayılacaq. Bu vəziyyətin uzadılması həm ABŞ iqtisadiyyatı, həm də maliyyə bazarları üçün dağıdıcı ola bilər”.

Beynəlxalq kredit reytinq agentliyi Fitch Ratings avqust ayında ABŞ-ın uzunmüddətli kredit reytinqini "AAA"-dan "AA+"-a endirib və proqnozu mənfidən sabitə dəyişib.

Açıqlamada, reytinqin aşağı düşməsi növbəti 3 il ərzində gözlənilən fiskal pisləşməni, yüksək və artan ümumi dövlət borc yükündən danışılıb.

Amerika qanunlarına görə, Konqres hər il oktyabrın 1-də başlayan və sentyabrın 30-da başa çatan bütün maliyyə ilini əhatə edən büdcəni vaxtında təsdiq edə bilmirsə, buna qədər olan dövr müvəqqəti büdcələrlə əhatə olunmalıdır.

Müvəqqəti büdcənin təsdiq edilə bilməyəcəyi dövrlərdə federal hökumət xərcləmə səlahiyyətini itirərək həyati xidmətlər istisna olmaqla, bütün fəaliyyətini dayandırmağa məcbur olur.

Bu prosesdə qeyri-vacib dövlət işçiləri məcburi məzuniyyətə buraxılarkən, ABŞ ordusu, kəşfiyyat qurumları, dövlət xəstəxanalarında çalışan həkim və tibb bacıları, hava limanlarında və həbsxanalarda mühafizəçilər kimi dövlət işçiləri vəzifələrini davam etdirirlər.

“Əsas kadrlar” kateqoriyasına aid olan bu işçilər, Konqres yeni büdcəni qəbul edənə qədər işlərin dayandırılması zamanı çox vaxt maaşlarını almırlar.

Günel Məlikzadə 
Fins.az