DÜNYA

26 Sentyabr

Qırğızıstan İqtisadiyyat Nazirliyi ilə BMT-nin qurumu arasında görüş keçirilib

Qırğız Respublikasının İqtisadiyyat və Ticarət Nazirliyində nazir müavini Kanat Abdrahmanov BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının (UNESCAP) nümayəndələri Andreas Dressler və Hizer Teylor-Ştraus ilə görüşüb.

Fins.az xəbər verir ki, görüş zamanı UNESCAP nümayəndələri məlumat verdilər ki, missiyanın vəzifəsi müvafiq Yol Xəritəsi və onun gələcək həyata keçirilməsi planının hazırlanması ilə xarici investisiyaların cəlb edilməsi üçün iqtisadi sektorların müəyyənləşdirilməsində Qırğızıstan tərəfinə kömək etməkdir.

Nazirliyin nümayəndələri biznesin dəstəklənməsi və investisiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılması istiqamətində həyata keçirilən islahatlar (vergi islahatları, ticarət prosedurlarının sadələşdirilməsi, sahibkarlığa dəstək) barədə ətraflı məlumat veriblər.

 

© trend