DÜNYA

25 Sentyabr

Lavrovun Türkiyə-Suriya ilə bağlı şərhi: “Moskva dəstəkləyir”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 78-ci sessiyasında qlobal və regional məsələlərlə bağlı çıxış edib.
Fins.az xarici mənbəyə istinadən xəbər verir ki, regional məsələlərə toxunarkən Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşması üçün İranla birgə səy göstərdiklərini vurğulayan Lavrov bildirdi:

“Suriyanın ərəb ailəsinə qayıtmasını və Dəməşq ilə Ankara arasında başlayan normallaşma prosesini alqışlayırıq. Çalışırıq ki, iranlı həmkarlarımızla birlikdə bu prosesə dəstək olaq”.

Günel Məlikzadə 
Fins.az