DÜNYA

25 Sentyabr

Qlobal bazarlar həftəyə necə başlayıb?

Asiya Sakit Okean birjaları cümə günü itirən ABŞ indekslərini izləyir. Çinin daşınmaz əmlak şirkətlərindəki kəskin eniş səbəbi ilə yeni həftəyə mənfi ilə başlayıb.

Fins.az Bloomberg-ə istinadən xəbər verir.

Çinin daşınmaz əmlak şirkətləri indeksi 6 faizə qədər itirərək, son doqquz ayın ən pis bağlanmasını yaşayıb. Zərər, Everqrandın kreditorlarla görüşlərini təxirə salması ilə bağlı cümə günü dərc edilən xəbərlərə görədir.

Yaponiya fond indeksləri və ABŞ fyuçersləri müsbət tendensiyadadır. Nasdaq 100 fyuçersləri güclü yeni Apple iPhone satışları gözləntiləri ilə yüksəlib.

 Dollar İndeksi həftəyə 1258 bəndlə başlayıb. ABŞ-ın 10 illik istiqrazlarının faizi iki baza bəndi artaraq 4,46 faizə çatıb.

Günel Məlikzadə 
Fins.az