DÜNYA

25 Sentyabr

Asiya-Sakit Okean bazarları bu həftə qarışıqdır

İnvestorların regiondakı inflyasiya məlumatlarına əsasən Asiya-Sakit Okean bazarları bu həftə qarışıqdır.

Fins.az Bloomberg-ə istinadən xəbər verir.

Sinqapur və Avstraliyanın bu həftə avqust ayı inflyasiya rəqəmlərini açıqlaması gözlənildiyi halda, Yaponiyanın Tokio bölgəsi üçün inflyasiya məlumatlarını açıqlayacağı bildirilib. Paytaxt regionunun inflyasiya məlumatları ümummilli tendensiyaların aparıcı göstəricisi kimi qiymətləndirilir.

Avstraliyada SP/ASX 200 fyuçersləri  0,29 faiz ucuzlaşıb.

Bunun əksinə , Yaponiyanın Nikkei 225 indeksi 0,66 faiz artdı və Topix 0,45 faiz artaraq keçən həftəki itkilərini bərpa edib.

Cənubi Koreyada Kospi 0,28 faiz, Kosdaq isə 1,34 faiz itirərək əvvəlki həftənin itkiləri davam edir.

Honq Konqun Hang Seng indeksi 0,65 faiz dəyər itirərkən, Çin materik bazarları da mənfidədir. Benchmark CSI 300 0,33 faiz itirdi.

Günel Məlikzadə 
Fins.az