DÜNYA

22 Sentyabr

Bu ölkədə ev qiymətləri 9.9% azalıb

Almaniya Federal Statistika İdarəsi (Destatis)  2023-cü ilin ikinci rübünə ev qiymətlərini açıqlayıb.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Almaniyada ev qiymətləri aprel-iyun dövründə 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9,9 faiz azalıb.

Beləliklə, o, ev qiymətləri ilə bağlı məlumatların toplanmağa başladığı 2000-ci ildən bəri ən kəskin enişi qeydə alınıb.

Berlin, Hamburq, Münhen, Köln, Frankfurt, Ştutqart və Düsseldorf şəhərlərində mənzillərin qiymətləri 9,8 faiz, bağlı evlərin qiymətləri isə 12,6 faiz ucuzlaşıb.

Günel Məlikzadə 
Fins.az